Ramin Quliyev: "Ramildə ruh düşkünlüyü və inamsızlıq var"

14.03.2021 | 4337 dəfə oxunub

"Komandanı iki gündür ki, qəbul etmişəm. Hansı rəqibə qarşı mübarizə aparacağımızı bilirdik. Kollektivdə komanda ruhu, futbolçuların istəkli və əzmli olduğunu gördüm. İki gün içərisində belə vəziyəti görmək çox xoş oldu".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sabah"ın müvəqqəti baş məşqçisi Ramin Quliyev Premyer Liqanın 20-ci turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

O, istefaya göndərilən  ispaniyalı baş məşqçi Visente Qomes haqqında bunları deyib: "Bu, klub rəhbərliyinin işidir. Məsələdə qırılma anı olub. Qərar verildi ki, Visente Qomeslə yollar ayrılmalıdır. Xırdalıqları açıqlaya bilmərəm".

Quliyev baş məşqçi kimi komandanı cəmi bir məşqə çıxardığını deyib: "Komandanı özünə inandırmaq istədim. İki gündə demək olar, yatmamışam. Heyət olaraq hər şeyin ən yaxşısına qadirik. Bu mübarizə ilə çox şey etmək olar. Vacib olan futbolçularda özünəinamı yaratmaq idi".

Baş məşqçi topa daha çox sahib olmaq üçün Tiemoko Fofanadan yararlanmadıqlarını qeyd edib.

O, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev haqqında da danışıb: "Onunla 2-3 dəfə söhbət etmişəm. Ramildə ruh düşkünlüyü və inamsızlıq var. Ona şans verəcəyəm ki, özünü sübut etsin. Ümid edirəm ki, yaxın zamanda fərqli Şeydayev görəcəksiniz".

Quliyev klub rəhbərliyinin ona dəstək olduğunu vurğulayıb: "Mən  müvəqqəti baş məşqçiyəm. O müvəqqəti sözünü götürə bilsəm, kluba da, mənə də xeyirdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail