Laporta vəzifəsində qalmaq üçün 124 milyon avro axtarır

11.03.2021 | 3822 dəfə oxunub

"Barselona"nın yeni prezidenti Joan Laporta vəzifəsinə başlamaq üçün 124 milyon avro tapmalıdır. Stadium.Az "Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin klub nizamnaməsinə və İspaniyayadakı idman qanunlarına görə, o, büdcənin 15 faizinə təminat verəcək büdcə təqdim etməlidir.

Bu isə o deməkdir ki, Laporta 10 gün ərzində 124 milyon avro tapmalıdır. 58 yaşlı rəhbər seçim mərhələsində 35 milyon avroluq bir büdcə təqdim edib. Hazırda o, təminat üçün maddi mənbə axtarışındadır.

Laporta prezident seçildiyi andan onun Kilian Mbappe (PSJ), Erlinq Haaland ("Borussiya") kimi oyunçuları "Barselona"ya gətirəcəyi deyilir. Lakin rəhbər  hazırda sadəcə vəzifəsini icra etməyə başlamaq üçün sözügedən futbolçuların təzminat qiymətinə yaxın vəsait tapa bilmir.

Qeyd olunub ki, Laporta lazımi məbləği tapa bilməsə, "Barselona"da təkrar seçkilər keçiriləcək. Laporta martın 7-də keçirilən prezident seçkilərində 54,28 faiz səslə qalib olub. O, Viktor Font və Toni Freyşanı qabaqlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail