"Liverpul"dan antirekord

22.02.2021 | 3627 dəfə oxunub

"Liverpul" İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində "Everton"la qarşılaşıb. Stadium.Az xəbər verir ki, “qırmızılar” doğma meydanda baş tutan Mersisayd derbisindən 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Bu, Yurgen Kloppun komandasının ardıcıl dördüncü məğlubiyyətidir. Sözügedən kollektiv əvvəlki turlarda səfərdə "Lester"ə (1:3), evdə isə "Mançester Siti"yə (1:4) və "Brayton"a (0:1) uduzmuşdu.

"Liverpul" bu nəticələrdən sonra bəzi uğursuz seriyalara imza atıb. Məsələ burasındadır ki, “qırmızılar” 2002-ci ildən bu yana ilk dəfə Premyer Liqada ardıcıl 4 görüşdə məğlub olub.

Liverpullular 1999-cu ildən sonra ilk dəfə doğma meydanda "Everton"a məğlub olub. Bundan başqa, sözügedən komanda 1923-cü ildən bu yana ilk dəfə çempionatda ardıcıl 4 ev oyununda məğlub olub. Klub, bu baxımdan əvvəlki antirekordunu təkrarlayıb.

"Liverpul" bu mövsüm keçirdiyi 25 oyuna topladığı 40 xalla 6-cı pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail