"Qarabağ" - "Neftçi" matçındakılarla bağlı cərimə və cəzalar

16.02.2021 | 4003 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasdan sonra Premyer Liqanın 15-ci turunda oynanılan "Qarabağ" - "Neftçi" matçında (1:2) baş verənlərlə bağlı qərarlar açıqlanıb.

Matçın 73-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Klub isə 3200 manat cərimə edilib.

Qarşılaşmanın 22-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Buludov Ömər “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb. Paytaxt klubu buna görə 1600 manat cərimələnib.

"Neftçi"nin digər üzvü Mamadou Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun, kluba isə 200 manat cəza kəsilib. İkinci sarı vərəqəni alaraq meydandan qovulan "Neftçi"nin futbolçusu Vojislav Stankovic də bir oyunluq cəza ilə üzləşib. Klubu 200 manat cərimə olunub.

"Neftçi"nin 3 futbolçusu qırmızı vərəqə aldığı üçün kluba 4800 manat cərimə də tətbiq edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail