Teymur Rəcəbov 3-cü oldu

15.02.2021 | 3321 dəfə oxunub

Bu gün “Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirinə yekun vurulacaq. Stadium.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi yarışın 3-cü mərhələsində üçüncü yeri tutub.

34 yaşlı qrossmeyster 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravla ikinci sınağına çıxıb. 

Bu rəqiblə ilk oyun günündə 2,5:1,5 hesablı üstünlüklə ayrılan Rəcəbov bu gün ilk iki partiyasını da qələbə ilə başa vurub. Nəticədə ikinci oyun günündə ən azı 2:2 hesablı heç-heçəni təmin edən azərbaycanlı qrossmeyster iki günün yekununda üstün tərəf kimi cütün qalibi olub.

Final oyununda norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So qarşılaşır. Tərəflər arasındakı görüşün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1). Bu gün isə üstünlük Sonun tərəfindədir - 1,5:0,5.

"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Teymur Rəcəbov Çempionlar Turunun 2-ci mərhələsinin qalibi olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail