Geryedən "Qarabağ" - "Neftçi" müqayisəsi

12.02.2021 | 4049 dəfə oxunub

"Baxımlı, maraqlı oyun gözləyirəm. Hər iki komandada oynadığım üçün aralarında fərq qoya bilmərəm və hər ikisini dəstəkləyəcəyəm".

Stadium.Az xəbər verir ki, bu fikirləri açıqlamasında "Qarabağ" və "Neftçi"ın sabiq futbolçusu Donald Gerye bu komandalar arasında Azərbaycan Premyer Liqasının XV turunun oyunu barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, meydanda kim sonadək mübarizə aparacaqsa, o da qalib gələcək: "Son oyunda "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib. Amma bu, qarşıdakı matçın prinsipiallığını azaltmır. Hər iki komandada yaxşı futbolçular var. Güclü olan qalib gəlsin".

Fevralın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Neftçi" qarşılaşması saat 18:30-da başlayacaq.

Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulub. Bu səbəbdən, Gerye 20 min ABŞ dolları məbləğində cərimə olunaraq, əvəzedici heyətə göndərilib.

Gerye 2017 - 2019-cu illərdə də "Qarabağ"da çıxış edib. Haiti millisinin üzvü 2019-cu ilin yayında "Neftçi"yə keçib və 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi. Cinah oyunçusu karyerasını Kiprin "Apollon" klubunda davam etdirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail