"Opera Euro Rapid": Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı

11.02.2021 | 3517 dəfə oxunub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib.

Stadium.Az xəbər verir ki, 34 yaşlı qrossmeyster bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.

Tərəflər arasında ilk 4 qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olub. Burada rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Rəcəbov növbəti mərhələyə adlayıb.

Şahmatçılar arasında ilk gündə baş tutan görüşlər 2:2 hesabı ilə baş açatmışdı.

Qeyd edək ki, Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşündə norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav qarşılaşacaq. Yarımfinal qarşılaşmaları 11-12 fevralda olacaq.

"Opera Euro Rapid"

1/4 final

Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2:2 (tay-breykdə 0,5:1,5)

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya) - 0,5:2,5 (tay-breykdə 2:1)

Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa) - 2:0

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 2:2

1/4 finalın ilk oyun günündə qeydə alınan nəticələr

Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2:2

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya) - 2,5:0:5

Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa) - 2,5:1,5

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 1,5:2,5



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail