Keçmiş dünya çempionu vəfat etdi

07.02.2021 | 4145 dəfə oxunub

Ümumdünya Boks Şurasının (WBC) və Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyaları üzrə superağır çəkidə keçmiş dünya çempionu, amerikalı Leon Spinks 67 yaşında vəfat edib.

Stadium.Az xəbər verir ki, onun ölümünə onkoloji xəstəlik səbəb olub. Sabiq idmançıya beş il əvvəl prostat vəzisi xərçəngi diaqnoz qoyulub.

Spinks 1976-cı ildə olimpiya çempionu olub. 1978-ci ilin fevralında əfsanəvi Məhəmməd Əli üzərində qələbə ona sensasiyalı dünya şöhrəti qazandırıb. 36 yaşlı Əli bu təkbətək döyüşlə karyerasını qurtarmağı planlaşdırıb, o, yüngül qələbəyə bel bağlayıb və demək olar ki, məşq etməyib.

Amma peşəkar rinqdə səkkizinci təkbətək döyüşə çıxan Spinks qələbə qazanıb. Əli revanşa görə karyerasını başa vurmaq fikrindən daşınıb. O, növbəti döyüşə yaxşı hazırlaşıb və həmin ilin sentyabrında Spinksə qalib gəlib.

Spinks peşəkar rinqdə ümumilikdə 46 döyüş keçirib, onun aktivində 26 qələbə (14 nokaut), 17 məğlubiyyət və 3 heç-heçə var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail