Portuqaliya Azərbaycanla oyuna ciddi itkilərlə çıxacaq

06.02.2021 | 4064 dəfə oxunub

Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə keçirəcəyi oyunda əsas futbolçularının bir neçəsinin xidmətindən məhrum ola bilər.

Stadium.Az sözügedən ölkənin mətbuatına istinadən xəbər verir ki, buna FİFA-nın koronavirus pandemiyasına görə tətbiq etdiyi yeni qaydalar səbəb olub.

Qərara əsasən, klublar məhdudlaşdırıcı tədbirlər çərçivəsində oyunçuların yığma komandalara getməsini qadağan etmək hüququna malikdir. Yeni tənzimləmə aprel ayına qədər qüvvədədir.

Portuqaliya yığması martdakı qarşılaşmalar üçün İngiltərə Premyer Liqasında çıxış edən Bruno Fernandes (Manchester United), Bernardo Silva (Manchester City), Dioqo Jota (Liverpool) və Rui Patrisionun (Wolverhampton) xidmətindən yararlanmaya bilər. Bu, yığmaya cəlb olunan oyunçuların geri dönüşdə karantinə alınacaqları ilə əlaqədardır. Portuqaliya koronavirus pandemiyasının geniş yayıldığı ölkələrdən sayılır və "qırmızı siyahı"da yer alıb.

Almaniya Eintracht-ın hücumçusu Andre Silvanın da eyni səbəbdən Azərbaycan seçməsi ilə görüşdə oynamamaq ehtimalı böyükdür.

Martın 24-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail