Azərbaycanda keçiriləcək DÇ-yə 200 gün qaldı

05.03.2012 | 4279 dəfə oxunub

Bu gün Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının başlanmasına 200 gün qaldı.

Sentyabr ayının 22-də başlayacaq və 21 gün davam edəcək turnirdə 16 ölkənin millisi qalibiyyət üçün yarışacaq. Stadium.az xəbər verir ki, Azərbaycan dünyanın 15 müxtəlif ölkəsindən milli yığmaları və azarkeşləri qəbul edəcək. Artıq Şimali Koreya, Yaponiya və Çinin çempionatda iştirakı təsdiqlənib və 29 iyun tarixində iştirakçı olacaq son ölkələrin də təsdiqlənməsi gözlənilir.

Afrika Futbol Konfederasiyasının məlumatına əsasən 20 yanvar və 5 fevral tarixləri arasında Botsvana, Kamerun, Qambiya, Qana, Qvineya, Keniya, Namibiya, Nigeriya, Syerra Lyona, Cənubi Afrika, Tunis və Zambiyanın da iştirak etdikləri birinci təsnifat mərhələsi keçirilib. 9 və 25 mart tarixləri arasında baş tutacaq ikinci təsnifat mərhələsinə 6 komanda vəsiqə qazanıb və oyunların sonunda 3 ölkə çempionatda iştiraka haqq qazanacaq.

UEFA-da isə birinci təsnifat mərhələsinin oyunları artıq tamamlanıb. Aprel ayının ortalarında 16 komandanın iştirak etdiyi (Almaniya, Hollandiya, İsveçrə, Polşa, İrlandiya, İsveç, Norveç, Fransa, İngiltərə, Finlandiya, Danimarka, Serbiya, Belçika, Çexiya, İspaniya, İslandiya) ikinci təsnifat mərhələsinin oyunları tamamlanacaq. 26-29 iyun tarixləri arasında İsveçrənin Nyon şəhərində keçiriləcək final mərhələsi oyunlarında 2 komanda çempionatda iştirak üçün Azərbaycana gəlməyə haqq qazanacaq.

CONCACAF seçimləri 2-13 may tarixlərində Qvatemalada keçiriləcək. Burada isə səkkiz komanda final mərhələsində yarışacaq: Panama, Qvatemala, Kanada, Meksika, ABŞ, Trinidad və Tobaqo, Yamayka və Bahama adaları.

9-14 aprel Yeni Zelandiyada keçiriləcək OFC seçmə mərhələsinin sonunda bir milli komanda çempionata vəsiqə qazanacaq.

3 ölkənin çempionata vəsiqə qazanacağı CONMEBOL seçimləri isə 10 və 26 mart tarixlərində Boliviyada baş tutacaq.

Yerli Təşkliat Komitəsi uzun müddətdir ki, çempionata hazırlıq məqsədilə bütün istiqamətlərdə işləri davam etdirir. YTK ilə yanaşı həmçinin U-17 milli yığmamız da çempionata hazırlıq məqsədilə müxtəlif ölkələrin yığmaları ilə yoldaşlıq oyunları keçirir və müxtəlif seminarlarda iştirak edir. Xatırladaq ki, Azərbaycanın adı FIFA İcraiyyə Komitəsinin 19 mart 2010-cu il tarixli qərarına əsasən U-17 qadınlararası dünya çempionatına ev sahibliyi edəcək ölkə olaraq açıqlanmışdı. Geri sayım sayğacı isə çempionatın başlanmasına 305 gün qalmış Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən işə salınmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail