Millimiz ilk oyunda qələbə qazandı

29.01.2021 | 3828 dəfə oxunub

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Stadium.Az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv Slovakiya yığmasını qəbul edib.

Bakı İdman Sarayında oynanılan qarşılaşma Azərbaycanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qol 5-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Tyaqo Bolinya fərqlənib. 15-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdiriblər. Vassura avtoqol müəllifi olub. 34-cü dəqiqədə slovakiyalıların heyətində Anton Brunovski 2-ci sarı vərəqəni alaraq meydandan qovulub. 38-ci dəqiqədə Everton Kardoso yığmanı önə keçirib. 40-cı dəqiqədə Xətai Bağırov 3-cü qolu rəqibin qapısından keçirib. Görüşdə son nöqtəni isə İsa Atayev qoyub.

Azərbaycan millisi bu qələbə ilə qrupda ilk pilləyə yüksəlib. İkinci sırada eyni xala malik Moldova seçməsi qərarlaşıb. Yunanıstan 3-cü, Slovakiya isə sonuncudur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail