"Qarabağ"a 28 dəqiqə lazımdı

05.03.2012 | 4894 dəfə oxunub

Premyer Liqanın 21-ci turunda da qapısını toxunulmaz saxlayan “Qarabağ” klubu mövsümün özünə aid olan rekordunu yeniləyib. Stadium.az xəbər verir ki, Ağdam təmsilçisi ardıcıl 7-ci çempionat oyununda qapısından qol buraxmayıb.
 
Son turda AZAL-ı 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın qapıçısı Boyan Pavloviç sonuncu dəfə 2011-ci il noyabrın 26-da XIV turun “Neftçi”ylə görüşündə 1:2 hesabı ilə uduzduqda öz qapısında qol görüb. Həmin görüşdə “Qarabağ”ın qapısına sonuncu qolu vuran Flavinyodan sonra hələ də serbiyalı qolkiperi məyus edən tapılmayıb. Komandasının son 7 oyununda qapıda əvəzolunmaz olan Pavloviç artıq 632 dəqiqədir ki, qapısından qol buraxmır.
 
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan və dünyanın milli çempionatlardakı ən uzun quru seriyaları özündə əks etdirən siyahıya düşmək üçün “Qarabağ”ın qapıçısına cəmi 28 dəqiqə çatmır. Çünki adıçəkilən siyahıya daxil olmaq üçün 660 quru dəqiqəyə malik olmaq zəruridir. Serbiyalı təsnifat mərhələsinin son oyununda bunu bacararsa İFFHS-in siyahısında Azərbaycan çempionatını təmsil edən 16-cı göstəricinin müəllifi olacaq. Belə ki, bu siyahıya klublarımızın qapıçıları tərəfindən əldə olunan 15 nəticə düşüb. Bunlardan ikisi “Qarabağ”ın hesabındadır. Hər iki nailiyyət Camaləddin Əliyevə məxsusdur. Bu isə o deməkdir ki, Əliyev həm də Ağdam klubunun rekordçusudur. Pavloviç 660-a çatarsa klubunun ümumdünya reytinqində 3-cü uğuru və 2-ci qapıçısı olacaq.
 
Azərbaycan çempionatının İFFHS-in siyahısındakı təmsilçiləri:
1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985
3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971
4. Camaləddin Əliyev (“Qarabağ”) – 958
5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952
6. Elxan Həsənov (“Neftçi”) – 943
7. Dmitri Kramarenko (“Karvan”) – 798
8. Dmitri Kramarenko (“Neftçi”) – 772
9. Rauf Mehdiyev (“Olimpik”) – 746
10. Elşən Poladov (“Bakı”) – 744
11. Nadir Şükürov (“Dinamo”) – 741
12. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) – 735
13. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
14. Camaləddin Əliyev (“Qarabağ”) – 700
15. Rauf Mehdiyev (“Olimpik”) – 676



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail