Canni De Byazi: "Çox çətin qrupa düşmüşük"

16.12.2020 | 4046 dəfə oxunub

"Çox çətin qrupa düşmüşük. Çünki bu qrupun gücünü yaxşı bilirik. İstəyimizə nail olmaq üçün böyük çətinliklərlə qarşılaşacağıq. Amma mümkünsüz heç nə yoxdur. Ona görə də hər şeyi edəcəyik. Qarşılaşmalarda qalib gəlməyə çalışacağıq. Biz buna cəhd edəcəyik".

Stadium.Az xəbər verir ki,  bu sözləri millimizin baş məşqçisi Canni De Byazi "Zona Gol" şousunda DÇ-2022-nin püşkatmasını dəyərləndirərkən deyib.

O, 2011-2017-ci illərdə çalışdırdığı Albaniya yığması barədə bir müddət öncə səsləndirdiyi fikirlərə aydınlıq gətirib: "Yenə deyirəm, sözlərim səhv başa düşülüb. Bu, mediada əsl problemə çevrildi. Mən yığmanı qəbul etdiyim vaxtı nəzərdə tutmuşam. Təbii ki, ondan sonra komanda inkişaf etdi, sərəncamımda ölkə xaricində çıxış edən və beynəlxalq oyun təcrübəsi olan futbolçular var idi. Azərbaycan millisində isə yalnız daxili çempionatda mübarizə aparan oyunçulardır. Onların beynəlxalq təcrübəsi yoxdur".

Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində 6-cı turun Lüksemburqla oyunu (0:0) öncəsi mətbuat konfransında azərbaycanlı futbolçulara daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazandığını dediyini bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail