Olimpiya çempionumuz Dünya Kubokundan imtina edib

15.12.2020 | 4028 dəfə oxunub

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionları - Şəriş Şərifov və Toğrul Əsgərovun Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yığmanın heyətində yer almamalarının səbəbi bəlli olub.

Stadium.Az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Şərifov öz istəyi ilə yarışda iştirakdan imtina edib. Onun yerinə gənc Şamil Zubairov Belqrada aparılıb.

Toğrul Əsgərov isə çəki problemi ilə üzləşib və bu səbəbdən Dünya Kubokuna qatılmayıb. 74 kq-a tam uyğunlaşmadığı üçün məşqçilər korpusu Əsgərovun iştirakını məsləhət görməyib.

79 kq-dakı Cəbrayıl Həsənov və 74 kq-dakı Hacımurad Hacıyev zədə səbəbindən siyahıda yer almayıb.

Şərif Şərifov və Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Dünya Kubokuna dekabrın 18-də yekun vurulacaq. Azərbaycanı yarışda 9 sərbəst güləşçi təmsil edir.

Daha əvvəl titullu güləşçi Mariya Stadnik də yarışdan imtina edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail