"Biz yarışa yalnız azərbaycanlı və ya türkləri məğlub etmək üçün getsək, uduzacağıq"

07.12.2020 | 3839 dəfə oxunub

"Müharibədən sonra yığmada xoşagəlməz vəziyyət yaranıb. Artur Aleksanyan və digərləri düşmənçiliyə görə xalçadan kənarlaşdırılsalar, biz məğlub olacağıq".

Stadium.Az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Ermənistan yığmasının baş məşqçisi, olimpiya çempionu Artur Aleksanyanın atası və şəxsi məşqçisi Gevorq Aleksanyan "news.am" nəşrinə açıqlamasında 12 - 18 dekabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək fərdi dünya çempionatına hazırlıq barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, 44 günlük döyüşlərdən sonra dərhal məşqləri bərpa etmək, idmançıları hazırlaşdırmaq və komandanı toparlamaq qeyri-mümkün idi: "Müharibədən sonra yığmada gərgin psixoloji vəziyyət yaranıb. Təlim-məşq toplanışının ilk günlərində onların gözlərinə baxdım. Sanki burada olmadıqlarını gördüm. İdmançılarda narahatlıq var idi. Hətta indi də düşüncələri başqa yerdədir. Düzdür, hardasa bu mərhələni keçə bildik. Amma müharibə hamımızın həyatında iz qoydu. Ağır günlərimiz oldu".

Dünya çempionatında erməni idmançıların Azərbaycan və Türkiyə güləşçiləri ilə mümkün qarşılaşmasına da münasibət bildirən Aleksanyan onları sırf bu görüşlər üçün hazırlamağın uğursuzluqla nəticələnəcəyini etiraf edib: "İstəsək də, istəməsək də, xalçada düşmənçilik olacaq. Bizim vəzifəmiz bunu azaltmaqdır. Biz yarışa yalnız azərbaycanlı və ya türkləri məğlub etmək üçün getsək, uduzacağıq. Çünki yalnız bir idmançıya qarşı məşq edə bilməzsiniz".

Baş məşqçinin fikrincə, idmançı bütün turniri qalib gəlməyə psixoloji cəhətdən hazır olmalıdır: "Bilmirəm insanlar məni anlayacaqlar, ya yox. Amma idman psixologiyası baxımından uşaqları türkiyəli və azərbaycanlı rəqiblərə qarşı kökləyə bilmərik. Qonşu ölkələrin təmsilçiləri ilə həmişə qarşılaşmışıq və yenə qarşılaşacağıq. Aleksanyanın əsas rəqiblərindən biri türkiyəli Cenk İldemdir. Müharibədən və bizim üçün xoş olmayan situasiyadan sonra Arturu və başqalarını döşəyə düşmənçilik ruhunda çıxarmaq uğursuzluq, hədsiz gərginlik anlamı verəcək. Bu isə qələbəyə mane olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail