FİFA ofsayd qaydalarını dəyişir

07.12.2020 | 4119 dəfə oxunub

FİFA prezidenti Canni İnfantino son zamanlarda çox müzakirə edilən oyundankənar vəziyyət qaydaları ilə bağlı açıqlama verib.

Stadium.Az xəbər verir ki, video köməkçi hakimin (VAR) çəkdiyi xəttə baxmayaraq, bəzi mövqelərdə ağıllarda sualların qaldığını söyləyən prezident ofsayd qaydasını dəyişdirə biləcəklərini bildirib.

O, açıqlamasında yeni qaydanın hücum tərəfinə üstünlük gətirəcəyinə işarə edib.

"Ofsayd qaydası son 100 ildə inkişaf edib, lakin biz indi də bu mövzuda danışırıq. Əslində bu müzakirəni VAR səbəbiylə etmirik. Məqsəd hücum futbolunu inkişaf etdirməkdir" - deyə İnfantino əlavə edib.

Bu mövzudakı son mübahisə "Qalatasaray" - "Hatayspor" maçındakı 3-cü qol zamanı yaşanıb. Kerem Aktürkoğlunun vurduğu qola yan xətt hakimi bayraq qaldırarkən VAR-dan çəkilən xətt sonrası qol etibarlı sayılıb. Bu qərar isə sosial şəbəkələrdə müzakirəyə səbəb olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail