"Riad Rəfiyev De Byazi ilə yaxınlıqdan istifadə edib, Ağabalanın yığmaya yolunu bağlayır"

30.11.2020 | 3704 dəfə oxunub

“Milli komanda kimlərinsə maraqları çərçivəsində formalaşır. AFFA-ya yaxın olanlar yığmaya öz futbolçularını dürtüşdürməyə çalışırlar. Məsələn, Riad Rəfiyev kimi. De Byazi ilə yaxınlıqdan istifadə edib prezidenti olduğu klubun 5-6 futbolçusunu yığmaya göndərir”.

Stadium.Az xəbər verir ki, bunu “Futbol+” qəzetinə açıqlamasında sabiq futbolçu Zaur Ramazanov deyib.

O, Azərbaycan yığmasına dəvət olunan futbolçulardan və qardaşı Ağabala Ramazanovun milliyə dəvət almamasından danışıb:

“Bununla kimlərsə demək istəyir ki, mən kresloya oturandan sonra “Sumqayıt” inkişaf edib. Görün necə işləyirəm ki, 5-6 oyunçum əsas yığmadadır. Guya bilmirik onun əsas məqsədi nədir? O, bununla demək istəyir ki, daha iddialı, daha çox büdcəsi olan kluba rəhbərlik etməliyəm. Futbol camiəsi yaxşı bilir ki, Rəfiyevin gözü hansı klubun prezident kreslosundadır. O ki qaldı qardaşımın yığmaya dəvət olunmamasına, Riad Ağabalanı “Şerif”ə aparmaq istəyirdi. Agent kimi onun da bu transferdə qazancı olacaqdı. Ancaq moldovanların təklif etdiyi şərtlər Ağabalaya sərf etmədiyindən keçid baş tutmadı. Həmin gündən “Sumqayıt”in menecer-prezidentinin onunla arası dəydi. Bu gün də Rəfiyev qardaşımdan həmin heyfi çıxır. De Byazi ilə yaxınlıqdan istifadə edib, Ağabalanın yığmaya yolunu bağlayır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail