“Barselona”nın qış transfer pəncərəsi üçün planları

14.11.2020 | 3991 dəfə oxunub

“Barselona”nın qış transfer pəncərəsi üçün planları məlum olub. Stadium.Az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu Junior Firpo, Martin Braytvayt və Karis Alenanı satmaq istəyir.

La Liqa təmsilçisi “Lion”dan Memfis Depayı və “Mançester Siti”dən Erik Qarsiyanı transfer etmək niyyətindədir.

Həmçinin baş məşqçi Ronald Kuman futbolçusu Usman Dembeleni komandadan göndərməkdən imtina edib. O, digər hücumçu Ansu Fati zədəli olduğu üçün Dembeleni saxlamaq qərarına gəlib. Lakin 23 yaşlı oyunçunun müqaviləsinin 2022-ci ildə başa çatması vəziyyəti çətinləşdirir. Əgər Dembele yeni sözləşmə imzalamazsa, “Barselona” onu satmaq məcburiyyətində olacaq.

Bundan əlavə, klub yarımmüdafiəçisi Rikki Puç ilə də yolları ayırmaq istəmir. Rəhbərlik oyunçunu icarəyə verərək, büdcəyə qənaət etməyin tərəfdarıdır.

“Barselona” hazırda La Liqanın turnir cədvəlində 11 xalla 8-cidir, Çempionlar Liqasının G qrupunda isə 9 xalla liderdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail