Yunis Hüseynov: "İkinci hissədə özümüzə gəldik"

08.11.2020 | 4438 dəfə oxunub

”Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Stadium.Az xəbər verir ki, 55 yalı mütəxəssis vacib qələbə qazandıqlarını deyib:

- Əsgərlərimizə uğurlar arzulayıram, onların yanındayıq. Biz özümüz də əsgərik. Bu günki oyunda bizə qələbə lazım idi. Ötən turda ağır məğlubiyyət almışdıq, uşaqları toparlamaq çox çətin idi. Bu gün birinci hissədə öz oyunumuzdan aşağı səviyyədə çıxış etdik. Amma ikinci hissədə özümüzə gəldik və qələbə qazandıq. Qarşıda 15 günümüz var. Bu müddətdə zəif mövqelər üzərində işləyəcəyik”.

- “Qarabağ”a 1:6 hesablı məğlubiyyətdən sonra heyətdə müəyyən dəyişikliklər etmişdiniz. Ancaq həmin görüşü heç də pis keçirməyən Pərviz Azadovu da ehtiyatda saxlamışdınız. Bu, bir qədər başadüşülən olmadı...

- Komandanın beyni orta xətdir. Pərviz ötən matçda da yaxşı oynamışdı. Ancaq gəncdir, o qədər də təcrübəsi yoxdur. Bu gün əsasən təcrübəli yarımmüdafiəçilərə üstünlük vermişdim. “Qəbələ”nin oyununu təhlil etdikdən sonra bu qərara gəlmişdim.

- Vurulan qollardan sonra legionerlərinizin hədsiz sevinci var idi. Yaxşı olmazdımı ki, bunu sakit qeyd edərdilər?

- Sizinlə razıyam. Legionerlərimiz də hazırkı dövrdə bizə dəstək olurlar. Onlar da başa düşürlər ki, müharibə şəraitidir, belə olmamalıdır. Bu barədə hər dəfə maarifləndirmə işləri aparırıq. Ordumuzun durumu ilə bağlı onları mütəmadi məlumatlandırırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail