Pike: "Özümüzə inamımızı bərpa etməyə və inkişaf etməyə ehtiyacımız var”"

06.11.2020 | 4213 dəfə oxunub

“Barselona”nın futbolçusu Jerar Pike komandanın uğursuz çıxışını şərh edib. Stadium.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi La Liqada yaxşı nəticələr qazanmaq üçün dəyişikliklər edilməli olduğunu deyib:

“Müxtəlif şəraitlərə görə hazırda bizim üçün də çətindir. Bu, yalnız klubda baş verənlər ilə yox, həm də azarkeşlərin yoxluğu ilə əlaqədardır. Çempionlar Liqasında işlərimiz yaxşı gedir. Amma La Liqada da belə olması üçün dəyişikliklərə ehtiyac var və bunları edəcəyik.
 
Çoxlu gənc futbolçumuz var və oyunumuza dinamika qatırlar. Vaxtımız azdır. Ancaq özümüzə inamımızı bərpa etməyə və inkişaf etməyə ehtiyacımız var”.
 
9 xalla Çempionlar Liqasının G qrupuna liderlik edən “Barselona” La Liqanın turnir cədvəlində 8 xalla 12-cidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail