Qara Qarayev: "Biz işğalçı deyilik, öz vətənimizin içində vuruşuruq"

05.11.2020 | 4303 dəfə oxunub

“Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Sivasspor”la keçirəcəkləri matçdan əvvəl Türkiyənin “TRT Spor” kanalına müsahibə verib.

Stadium.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bunları deyib:

“Yaxşı komandaya qarşı oynayacağıq. Düşünürəm ki, “Sivasspor” yaxşı dövrlərini yaşayır. Bizi çətin matç gözləyir. İki oyundur ki, İstanbulda çıxış edirik. “Sivasspor”la səfər oyunu üçün İstanbula gəldiyimiz andan polislərdən tutmuş hər kəs bizə xüsusi diqqət göstərir. Bizim burada heç bir tərəfdən çətinlik çəkməməyimiz üçün əllərindən gələni edirlər. Buna görə də qardaş ölkənin polislərinə, vətəndaşlarına sevgi, hörmətimi və təşəkkürlərimi çatdırıram. Özümüzü yad insan kimi hiss etmədik. Bu gün daha sıx münasibətlərimiz var. Biz onsuz da qardaş ölkəyik. Amma məncə, “Sivasspor”la matç da bizim qardaşlığımızı daha da bağlayacaq.

Hazırda cəbhədə baş verənlərlə bağlı onu demək istərdim ki, mən 1992-ci ildə Füzulidə anadan olmmuşam. Mən 28 il öz torpağıma, doğulduğum kəndə gedə bilməmişəm. Çox şükürlər olsun ki, bu gün Azərbaycan ordusu belə böyük qüruru və sevinci bizə yaşada bilir. Uzun illər torpaqlarımız işğal altında idi. Bu o demək deyil ki, Azərbaycan milləti, ordusu, dövləti qorxaqdır və ya nədənsə çəkinir. Biz yalnız məsələlərin sülh yolu ilə həll olunmasını gözləyirdik. Amma mövcud durum bizim o torpaqları müharibə ilə azad etməyimizə gətirib çıxardı. Mən bu qüruru Azərbaycan xalqına yaşatdığı üçün orumuza təşkkür edirəm. Daha sonra dövlətimizə, ölkə rəhbərimizə, bir və bərabər olduğu üçün millətimizə təşəkkür edirəm. Bu haqq yolunda başda qardaş Türkiyə olmaqla, bizi dəstəkləyən bütün insanlara, ölkələrə öz minnətdarlığımı bildirirəm. Biz işğalçı deyilik, öz vətənimizin içində vuruşuruq və mən 28 il əvvəl doğulduğum torpağa qayıdıram”.

Bu gün “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 21:55-də başayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail