Qurban Qurbanov: "Hədəfimiz qələbə qazanmaqdır"

05.11.2020 | 4177 dəfə oxunub

“Hər iki komandanın xalı yoxdur. Matç bizim və rəqib üçün vacibdir. “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay bildirib ki, ciddi hazırlaşıblar və qələbə üçün hər şeyi edəcəklər. Bu fikirlər bizdə də var. Bu gün Türkiyə Super Liqası ilə Azərbaycan Premyer Liqasının arasında fərq böyükdür”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Türkiyədə “Sivasspor”a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

O bildirib ki, gözəl oyun və maksimum nəticə üçün meydana çıxacaqlar: “Hər iki komandaya uğurlar arzulayıram. Biz Türkiyə ilə iki dövlət, bir millətik. Hər zaman qardaşlığı hiss etmişik. “Vilyarreal”la ikinci turda İstanbuldakı matçda da gördük. Bizə böyük diqqət ayrıldı. Bu gün bunu hava limanında da hiss etdim. Türkiyə dövlətinə təşəkür edirəm ki, ağır günlərdə bizim yanımızdadırlar. Bu gün mənə Qurani-Kərim hədiyyə edildi. Həmin bayraqlar və Qurani-Kərim evimdə olacaq. Bu gün bir daha hiss etdim ki, başqa ölkədə deyilik, öz vətənimizdəyik. Futbol idmandır. Biz sabah qazanmaq üçün oynayacağıq. Mübarizə yalnız meydanda olacaq. Türkiyə futbolunu çox yaxından izləyirik və azarkeşlik edirik. Qürur hiss keçirirəm ki, bizim matçlarımız qardaş Türkiyədə keçirilir”.

Qurbanovun qrupdan çıxmaq şansı barədə bunları söyləyib: “Heç vaxt qrupdan çıxa bilməmişik. Həmişə sona qədər mübarizə aparmışıq. Bir neçə dəfə növbəti mərhələ üçün şansımız olub. Amma alınmayıb. Avropa Liqasının qrup oyunlarında hər bir ölkənin yaxşı komandaları çıxış edir. Biz böyük təcrübə toplayırıq. İnanıram ki, bəzi məğlubiyyət gələcəkdə bizə fayda verəcək. Digər komandalarımız da qruplarda çıxış etməlidirlər ki, mübarizə daha çox olsun. Bizim hələ ki, hazırkı qrupda xalımız yoxdur, amma şansımız var. Məğlubiyyət, bəlkə də, şansların qarşısını ala bilər. Hədəfimiz qələbə qazanmaqdır”.

Noyabrın 5-də “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail