"Qarabağ" ev oyunlarını Türkiyədə keçirmək istəyir

21.10.2020 | 3624 dəfə oxunub

“Qərar bizim üçün ağır oldu. Demək olar ki, hər həftə səfərdə oynayacağıq. Meydan seçmək üçün bizdən alternativləri soruşacaqlar, ancaq yekun qərarı UEFA özü verəcək”.

Bu sözləri “Qarabağ”ın direktoru Emrah Çelikel deyib. UEFA-nın Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərarına münasibət bildirən klub rəsmisi rəqiblərini Türkiyədə qəbul etmək istədiklərini qeyd edib:

“Biz Türkiyədə oynamaq istəyirik. UEFA-ya da bunu bildirəcəyik. Hər halda bu gün açıqlanmalıdır ki, biz də işimizi bilək. Neytral meydan kimi 3 ölkə təklifi var: Macarıstan, Polşa və Kipr. Ancaq elə futbolçularımız var ki, Macarıstan və Polşaya getmək üçün vizaları yoxdur və üç gün ərzində bunu həll etmək real görünmür. Ev oyunlarımızın Türkiyədə olması üçün bütün səyləri göstərəcəyik. Ancaq nə dərəcədə alınacaq, bunu deyə bilmərəm. Bu gün qərar açıqlanmalıdır”.

"Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda "Vilyarreal"a (İspaniya) qarşı keçirməli idi. Hazırkı qərara əsasən Ağdam klubu “Sivasspor” (Türkiyə) və “Makkabi” (İsrail) ilə ev oyunlarını da neytral meydanda keçirməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail