Kuman: "Barselona” ilə müqavilə imzaladıqdan dərhal sonra Messinin evinə gedib, onunla gələcəyi barədə danışdım"

13.10.2020 | 4066 dəfə oxunub

“Barselona”nın baş məşqçisi Ronald Kuman İspaniya mətbuatına açıqlama verib. Stadium.Az xəbər verir ki, 57 yaşlı mütəxəssis bir neçə məqama toxunub:

“Komandada, həyat yoldaşınızla, övladlarınızla vaxt keçirdiyiniz biri klubdan ayrılanda belə reaksiya verməyiniz normal olur. Suaresdə də belə oldu.

Suarez məşqlərdə özünü yaxşı göstərirdi və öz üzərində çalışırdı. Nəhayət, getmə qərarını verdi. Ancaq mən ona demişdim ki, əgər klubda qalsa, yenə heyətin əsas üzvü olacaq. Bildirmişdim ki, mənə onun haqda yanıldığımı sübut etməlidir. Suaresin qərarına hörmət edirəm. "Barselona"nın cavanlaşmağa ehtiyacı vardı.

Mən Messiyə də bunu dedim: Məyus olduğunu və Suaresin gedişini eyib hesab etdiyini başa düşürəm. Amma bu, klubun seçimidir.
 
“Barselona” ilə müqavilə imzaladıqdan dərhal sonra Leo ilə əlaqə saxladım. Evinə gedib, onunla gələcəyi barədə danışdım. O, narazılığını açıq şəkildə dilə gətirdi. Sonra hər şey düzəldi. Messi “komandada qalıram” dediyi andan bəri ondan gözlədiyim hər şeyi etdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail