Robinyo "Santos"a qayıtdı: Ayda 271 dollar maaş alacaq

11.10.2020 | 4035 dəfə oxunub

Türkiyə çempionu "Başakşehir"dən ayrılan futbolçu Robinyo Braziliya "Santos"una keçib. Stadium.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 36 yaşlı hücumçu ilə 5 aylıq müqavilə bağlanılıb.

2021-ci ilin fevralınadək davam edəcək sözləşmə müddətində braziliyalı forvard ayda 1500 Braziliya realı (271 ABŞ dolları) maaş alacaq.

Robinyo San-Paulu təmsilçisinin heyətində dördüncü dəfə çıxış edəcək. O, peşəkar karyerasına 2002-ci ildə məhz bu komandada başlayıb. Daha sonra "sambaçı" İspaniyanın "Real", İngiltərənin "Mançester Siti", İtaliyanın "Milan", Çinin "Quançjou Everqrand", Braziliyanın "Atletiko Mineyro" və Türkiyənin "Sivasspor" klublarında forma geyinib. "Mançester Siti" və "Milan"da oynadığı vaxt - 2010 və 2014-cü illərdə hücumçu "Santos"a icarəyə verilib.

Ötən mövsüm isə Robinyo "Başakşehir"in heyətində 25 oyuna çıxsa da, qol vura bilməyib. "Santos"la isə o, iki dəfə Braziliya çempionu, habelə, Libertadores Kubokunun qalibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail