UEFA Çempionlar Liqası və Avropa Liqasının mükafat fondunu açıqladı

08.10.2020 | 4081 dəfə oxunub

UEFA 2020/2021 mövsümündə avrokuboklarda gəlirlərin klublar arasında bölüşdürülməsi cədvəlini açıqlayıb.

Stadium.Az qurumun saytına istinadən xəbər verir ki, bu mövsüm Çempionlar Liqası və Avropa Liqasının mükafat fondu 1,95 milyard avro təşkil edəcək.

Bildirilib ki, Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan 32 klubun hər biri 15,25 milyon avro qazanacaq. 1/8 finala yüksələn komandaya daha 9,5 milyon avro ödəniş ediləcək. 1/4 finalın iştirakçıları 10,5, yarımfinala adlayanlar 12 milyon avro əldə edəcək. Finala çıxmağın mükafatı 15 milyon avrodur. Turnirin qalibi isə əlavə 4 milyon avronun sahibi olacaq.

Qrup mərhələsindəki qələbə üçün 2,7 milyon avro, heç-heçə üçün 0,9 milyon avrə ödəniləcək.

Avropa Liqasının qrup mərhələsinin iştirakçılarına isə ümumilikdə 560 milyon avro ayrılacaq. Qrupda iştiraka görə hər kluba 2,92 milyon avro ödəniş ediləcək. Pley-off mərhələsinin və finalın mükafat bölgüsü isə bu cürdür: 1/16 final - 500 000 avro, 1/8 final - 1,1 milyon avro, 1/4 final - 1,5 milyon avro, yarımfinal - 2,4 milyon avro, final - 4,5 milyon avro. Avropa Liqasını qazanan komanda əlavə 4 milyon avro qazanacaq.

Qrup mərhələsində qələbə üçün 570 min avro, heç-heçəyə görə 190 min avro ödəniləcək. Hər qrup qalibi 1 milyon avro qazanacaq. İkinci sırada olacaq komandaya 500 min avro veriləcək.

Bu mövsüm Azərbaycanı Avropa Liqasının qrup mərhələsində "Qarabağ" təmsil edəcək. I qrupunda yer alan Ağdam təmsilçisi pley-offa vəsiqə uğrunda İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Tel-Əviv) və Türkiyənin "Sivasspor" komandaları ilə mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail