"Azərbaycanın bugünkü hərbi vəziyyətində Polşada Qarabağın adını bir daha Avropaya eşitdirmək bizə qismət oldu"

02.10.2020 | 3945 dəfə oxunub

"Həqiqətən çox emosional ağırlıq altında idik. Çünki oyuna gedəndə necə böyük məsuliyyət daşıdığımızı başa düşürdük. Bu isə istər-istəməz bizə psixoloji baxımdan təzyiq idi".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya"ya 3:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazandıqları oyundan sonra Heydər Əliyev Aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

31 yaşlı müdafiəçi matçdan öncə istənilən senariyə hazır olduqlarını bildirib: "Baş məşqçimiz bizə daim cəbhədə olan vəziyyətdən danışırdı, durumu izah edirdi. Çalışırdıq ki, legionerlərimizə də bunu çatdıraq. Başa düşsünlər ki, bu oyun Azərbaycan üçün nə dərəcədə vacibdir. Sevinirəm ki, buna nail olduq, qələbə qazandıq. Həmin qələbəni əsgərlərimizə, Azərbaycan xalqına həsr edirik. Fikirləşirəm ki, növbəti qələbələrimizi də ancaq əsgərlərimizə hədiyyə etməliyik".

Təcrübəli oyunçu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveç "Molde"sinə qarşı dünənki oyunu göstərə bilməmələrinin səbəbini açıqlayıb: "Bu komanda ilə oyunun statistikasına baxsaq, doğrudan da rəqibi hərtərəfli üstələmişdik. Sadəcə, qol imkanlarından yararlana bilmədik. Allah böyükdür. Norveçlilərin pley-offda görüşdüyü "Ferentsvaroş"la matçda bizim üçün hansı nəticə ola biləcəyini bilməzdik. Qismət belə imiş ki, "Molde"yə penaltilər seriyasında uduzaq. Azərbaycanın bugünkü hərbi vəziyyətində Polşada Qarabağın adını bir daha Avropaya eşitdirmək bizə qismət oldu".

Medvedev cəbhə xəttində baş verənlərin komandaya təsirindən də söz açıb: "Bildiyiniz kimi, komandamızda çoxlu legioner var. Onlar bəlkə də bizim üçün ciddi olan söhbəti bilmirlər. Özüm şəxsən 2 gün yatmadım, hər gün səhər saat 07:00-da SMS-lər gəlirdi, xəbərləri açıb baxırdım. Qara Qarayev nə vaxt görüşürdüksə, mövzumuz yalnız cəbhədə olan vəziyyət idi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail