UEFA-nın üzvlərinə Şəhriyar Qurbanovla bağlı müraciət

01.10.2020 | 4440 dəfə oxunub


AFFA Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində 2007-ci il təvəllüdlü futbolçu Şəhriyar Qurbanovun həlak olması ilə bağlı UEFA üzvlərinə müraciət məktubu ünvanlayıb. 

Stadium.az xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb. Müraciətdə bildirilib: “Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində 2007-ci il təvəllüdlü, AFFA-nın təşkilatçılığı ilə keçirilən liqada UGİM (Naftalan) komandasının heyətində çıxış etmiş Şəhriyar Qurbanovun həlak olması ilə əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA-nın üzvü olan 55 Milli Assosiasiyanın 53-nə məktubla müraciət edib.

Müraciətdə qeyd olunub ki, 13 yaşı Şəhriyarın ölümü futbol ailəsini dərindən sarsıtmışdır. Bu məsələ nəinki bizi, bütövlükdə futbol ictimaiyyətini narahat edir; həyatda ilk addımlarını atmaqda olan uşaqlar müharibələrin hədəfi olmamalıdır. Bu çətin dönəmdə Avropa futbol ailəsini dinc sakinlərə qarşı aqressiyanı, xüsusilə də azyaşlı uşaqların bu və ya digər şəkildə hərbi əməliyyatlara daxil edilməsini qınamağa və #stopchildmurder (uşaq qətllərinə son) həştəqindən istifadə etməklə həmrəylik nümayiş etdirməyə çağırırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail