Canni De Byazi: "Komandamdan yaxşı oyun gözləyirəm"

08.09.2020 | 5719 dəfə oxunub

"Biz əvvəlki oyunda Lüksemburqa uduzduq. İstəyirik ki, sabah yaxşı çıxış edib vəziyyəti dəyişək. Oyuna ciddi yanaşırıq".

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının 2-ci turunda Kiprlə oyunu öncəsi mətbuat konfransında deyib.

O, bildirib ki, sabah havanın isti olması ciddi problem yaratmayacaq: "Düzdür, müəyyən çətinliklər ola bilər. Amma sabah komandamdan yaxşı oyun gözləyirəm. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

64 yaşlı mütəxəssisin sözlərinə görə, komanda vaxt keçdikcə inkişaf edəcək: "Çünki yaxşı oyunçularımız var. Futbolçularıma inanıram. Mənim üçün elə də çətin vəziyyət deyil. Məğlubiyyətdən sonra daha çox qələbə istəyi olur. Futbolçular öz yaxınlarını, azarkeşlərimizi sevindirmək istəyəcəklər. İlk dəqiqədən sonadək inamlı oynayacaqlar".

De Byazi Azərbaycan klublarının avrokuboklarda Kiprdə uğurlu nəticələr qazanmasından məmnun olduğunu deyib: "Amma bunlar keçmişdə qalıb. İndi əsas sabahkı matçdır. İlk oyunumuzun nəticəsi ürəkaçan olmasa da, sabah futbolçular meydanın hər qarışı uğrunda mübarizə aparacaqlar".

Təcrübəli mütəxəssis kapitanlıq sarğısının Maksim Medvedevdən alınıb Qara Qarayevə verilməsi xəbərinə də aydınlıq gətirib: "Hər iki oyunçuya böyük hörmətim var. Qəzet və saytlarda cürbəcür fantaziyalar yazılır. Lüksemburqla oyundan sonra guya kapitanımızın sevindiyi bildirilib. Amma bu belə deyil. Bizə meydana sakit başla çıxmaq və uğurlu nəticə qazanmaq lazımdır".

Baş məşqçi Lüksemburqla matça müdafiə futbolu oynamaq üçün çıxmadıqlarını vurğulayıb: "İlk oyunda azlıqda qaldıqdan sonra taktiki dəyişiklər etməyə məcbur olduq. Açığı, hücum futbolu oynamaq istəyirdik. Oyunumuz rəqibimizin gücündən asılıdır. Qırmızı vərəqə və penalti olmasaydı, hər şey fərqli bitə bilərdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail