Vidal "İnter"lə anlaşdı, Suares də məşqə gəlmədi

06.09.2020 | 6782 dəfə oxunub

“Barselona”nın futbolçusu Arturo Vidalın yeni klubu məlum olub. Stadium.Az İspaniya xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “İnter”lə razılığa gəlib.

A Seriya təmsilçisi çilili oyunçu ilə 2+1 illik müqaviə imzalamağa hazırlaşır. Futbolçu “İnter”də illik 6 milyon avro və əlavə bonuslar qazanacaq.

Bundan əlavə Vidal “Barselona” ilə müqaviləyə xitam verməzdən əvvəl “İnter”dən 2-3 milyon avro məbləğində bonus ödəmələrini xahiş edir.
 
2018-ci ildən Kataloniya klubunda oynayan Arturo Vidalla yanaşı Luis Suares də “Barselona”dan ayrılmaq üzrədir. Hər iki futbolçu komandanın son məşqinə qatılmayıblar.

Yeni baş məşqçi Ronald Kuman onların ümumi hazırlıqdan kənar fərdi məşq etməsinə qərar verib. Bundan əvvəl Suaresin “Yuventus”la razılığa gəldiyi bildirilmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail