Canni De Byazi: "Mentaliteti dəyişə bilsək, yaxşı olacaq"

04.09.2020 | 7930 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında qarşılaşacaqları Lüksemburqla oyun öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Stadium.Az xəbər verir ki, italiyalı mütəxəssis futbolsuz qalanda darıxdığını bildirib: "Hamını salamlayıram. Çox sakitəm. 3 il futboldan kənarda qalsam da, işə başlayanda hər şeyimi verirəm. Bu, mənim üçün yeni çağırışdır. Dekabrda A Seriyasından təklif almışdım. Qəbul etmədim. Azərbaycanın təklifi daha maraqlı gəldi. Burada uğurlar qazanmaq istəyirəm. Arzu edirəm ki, tezliklə bu qəribə vəziyyət başa çatacaq və öz işimizi rahat görə biləcəyik. Deyə bilmərəm ki, çox işləmişik. Bütün yığmalar kimi normal ritmdə çalışmışıq. 26 gün əvvəl Bakıya gəlmişəm. Köməkçilərimlə gündə 18 saat işləmişik ki, mentalitetə, oyunçulara yaxından bələd olaq. 9 gündə cəmi 12 məşqimiz olub. Uşaqları inandırmaq istəyirəm ki, çox çalışmaqla uğur qazanmaq olar.

Lüksemburq son illərdə çox inkişaf edib. Cənubi amerikalı oyunçuları milliləşdiriblər. Amma bizim də güclü futbolçularımız var.

Azərbaycana yeni gəlmişəm. İki aydan çoxdur Azərbaycanlı futbolçuları analiz edirik. Mənə kimin oynayıb-oynamaması vacib deyil. İlk növbədə onların istəyini bilmək fikrində idim.

Bura gəlməmişdən Azərbaycanın bütün oyunlarına baxmışam. Müəyyən ideyalarım var. Təəssüf ki, vaxtımız azdır. Sabah yaxşı nəticə üçün meydana çıxacağıq. Bilirsiniz, insan özünü necə sevdirə bilər? Qələbə ilə. Elə komanda yaratmaq istəyirəm ki, futbolçular meydanda bir-biriləri üçün canlarını versinlər. Məqsədimiz qrup birincisi olmaqdır. İlk növbədə futbolçuların mentalitetini düzəltmək, taktiki baxımdan irəliləyişə nail olmaq və istək yaratmaq niyyətindəyəm. Həyatda uğur qazanmağın əsas yolu budur.

UEFA-dan xahiş edəcəyik ki, formatı dəyişsinlər (gülür). Nəyi nəzərdə tutduğunuzu başa düşürəm. Əsas problem fiziki hazırlıq yox, mentalitetdir. Bütün dünya bu formatla oynayır. Mentaliteti dəyişə bilsək, yaxşı olacaq. Sabah qələbə qazana bilsək, ikinci oyuna daha rahat hazırlaşacağıq".

Sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq. Yığma 3 gün sonra Kiprin qonağı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail