Maksim Medvedev: "Millidə oyun problemi var"

04.09.2020 | 7825 dəfə oxunub

Azərbaycan millisinin kapitanı Maksim Medvedev UEFA Millətlər Liqasında qarşılaşacaqları Lüksemburq seçməsi ilə oyun öncəsi keçirilən mətbuat konfransında bəzi məsələlərə aydınlıq gətirib. Stadium.Az xəbər verir ki, 31 yaşlı futbolçu sıx qrafikə öyrəşdiyini söyləyib:

"Qrafikimiz sıxdır. Amma hazırda millinin düşərgəsindəyik. İntensiv məşqlər keçdik. Çox şeyin üzərində işləməliyik. Baş məşqçi qısa zamanda hər şeyin ən yaxşısını etməyə çalışır. Heç bir futbolçu belə hərəkət etməyib və baş məşqçiyə hazırlıq prosesi ilə bağlı etirazını bildirməyib. De Byazi təcrübəli mütəxəssisdir. Məşq vaxtını bölə bilər. Komandada oyun problemi var. Gündə iki dəfə məşq etməli idik. Fiziki məşqlər olmayıb ki, kimsə narazılıq etsin. Futbolçuların etiraz etməsi doğru məlumat deyil".

Təcrübəli müdafiəçinin sözlərinə görə, Lüksemburq futbolu tam fərqlidir: "Oyunçularının əksəriyyəti legioner həyatı yaşayır. Hamısı təcrübəli futbolçulardır. Milli ilə Lüksemburq klublarını müqayisə edə bilmərik. Bəzi videolara baxmışıq. Oyuna hazırıq. Mən zəif olduğumuzu demirəm. Bizim millinin 30 faizi "Qarabağ"da oynayır. "Qarabağ"ın çıxışı da göz qabağındadır".

Sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq. Yığma 3 gün sonra Kiprin qonağı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail