Messi qərarını dəyişdi: "Barselona"da qalacaq!

04.09.2020 | 7311 dəfə oxunub

Komandadan ayrılacağı gözlənilən "Barselona"nın kapitanı Lionel Messi Kataloniya klubunda qala bilər. Stadium.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Argentinalı hücumçunun komandanı tərk etmək fikrindən daşındığı və daha bir il "Barselona"da qalmaq qərarına gəldiyi bildirilir.

33 yaşlı futbolçunun qərarının dəyişməsinin səbəbi "Barselona"nın sərt mövqe ortaya qoymasıdır. Klub prezidenti Xosep Bartomeu Messinin atası Xorxe Messi ilə görüşündə oğlunun müqaviləsinin olduğunu və onu buraxmaq niyyətində olmadıqlarını qəti şəkildə bildirib.

İndiki halda isə Messi klubdan ayrılmaq üçün yalnız məhkəməyə müraciət edə bilər. Lakin futbolçunun bu seçimdən istifadə edəcəyi gözlənilmir.

"Marca" yazır ki, Messi qalmaqallı şəkildə "Barselona"dan ayrılan komanda yoldaşı Neymarın addımını təkrarlamaq istəmir.

Ötən gün isə Messinin atası və meneceri olan Xorxe Messi oğlunun komandada qala biləcəyini açıqlayıb. "Barselona"nın yetirməsi olan Messinin "Mançester Siti"yə keçəcəyi haqda xəbərlər yayılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail