Klubla Messinin atası razılığa gələ bilmədi: "Messi heç bir şərt altında satılmayacaq"

03.09.2020 | 9039 dəfə oxunub

"Barselona”nın kapitanı Lionel Messinin atası Xorxe Messi ilə klub prezidenti Xosep Bartomeu arasında bir qədər əvvəl başa çatan danışıqların detalları məlum olub.

Stadium.Az “Marca”ya istinadən xəbər verir ki, klub rəhbəri Messinin atasına oğlunun müqaviləsindəki “Barselona”dan gedə biləcəyinə aid bəndin müddətinin 10 iyun tarixində bitməsini israrla bildirib.

O, argentinalı hücumçunun klubun yeni layihəsi üçün əsas sima olduğunu və futbolçunun satılması üçün danışıq aparmayacaqlarını qeyd edib. Bartomeu Messinin etibarlı bir müqaviləsinin mövcudluğunu xatırladaraq, onun məşqə qayıtmalı olduğunu deyib.

Messinin meneceri olan atası isə qarşı tərəfə bildirib ki, oğlu klubu tərk etməkdə israrlıdır. Beləliklə, tərəflərin danışığı uğursuz nəticələnib.

Xorxe Messinin görüşdən sonra İspaniya mətbuatına verdiyi qısa açıqlaması isə belə olub: “Oğlum “Barselona”da qalmır”.

Britaniya mətbuatı Messinin “Mançester Siti”yə keçəcəyini, hətta tərəflər arasında 5 illik müqavilə ilə bağlı razılıq əldə olunduğunu yazıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail