Zlatan İbrahimoviç: "İndi qarşıda ağır işlərimiz var"

31.08.2020 | 7033 dəfə oxunub

"Milan" Zlatan İbrahimoviçlə başa çatan müqaviləsini yeniləyib. Stadium.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya təmsilçisinin sosial şəbəkə hesablarında “Zlatan qayıtdı” başlığı ilə paylaşım edilib. A Seriya klubu uzun müddətdir 39 yaşlı hücumçu ilə maddi səbəblərə görə müqaviləni yeniləmək üçün razılığa gələ bilmirdi. İbrahimoviç "Milan"a bu ilin yanvarında "Los Anceles Qalaksi" keçib.

İsveçli ulduz klubun saytına açıqlamasında bunları deyib: “Nəhayət, bütün detallar həll edildi və özümü evimdəki kimi hiss etdiyim yerə qayıda bilərəm. İndi qarşıda ağır işlərimiz var. Çox məşq etməliyik.

Həmişə dediyim kimi, mən buraya maskot olmaq naminə gəlmirəm. Nəticə vermək, komandaya və məşqçiyə kömək etmək, eləcə də "Milan"ı layiq olduğu yerdə görmək üçün buradayam.

Ötən mövsümün ikinci yarısından yaxşı çıxış etməyə başladıq. Lakin heç bir kubok qazanmadıq. Bu çempionata Milan-la birlikdə başlamışam. Qalib gəlmək üçün başladığımız işləri davam etdirməliyik. Səylə məşq etməli və meydanda bütün gücümüzü ortaya qoymalıyıq.

Bütün azarkeşləri salamlayıram. Ümid edirəm ki, tezliklə stadiona qayıdıb, bizim yanımızda olacaqlar. Çünki onların dəstəyinizə ehtiyacımız var. Birlikdə “San Siro"da səs-küy yaratmalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail