PSJ təsdiqlədi: Messini transfer etmək üçün onunla danışıq aparırlar

29.08.2020 | 10737 dəfə oxunub

Fransanın PSJ klubu İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messini transfer etmək üçün ciddi səy göstərəcək. Stadium.Az "Sport.es"ə istinadən xəbər verir ki, Paris təmsilçisinin sahibləri 33 yaşlı hücumçunu almaq istədiklərini təsdiqləyib.

Onlar bu keçidə görə pul ayırmağa hazırdırlar. Klubun direktoru Leonardo artıq transferin detallarını müzakirə etmək üçün Messi ilə əlavə saxlayıb. 

Lionel Messi "Barselona"dan ayrılmaq niyyətindədir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

Messinin bu transferə müsbət yanaşdığı da vurğulanır. Çünki o, Neymarla eyni komandada oynamaq istəyir. Onun "Barselona"dan getmək istəməsinin də əsas səbəblərindən biri elə "Barselona"nın Neymarı geri qayatmamasıdır. Messi braziliyalının komandaya qaytarılmasını rəhbərlikdən istəsə də, klub bunu etmədi.

Digər tərəfdən isə PSJ Messini transfer etməklə həm də komandadan ayrılmaq istəyən Neymar və Mbappeni heyətdə saxlamağa çalışır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail