Donald Gerye milli ilə vidalaşdı

29.08.2020 | 7499 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Donald Gerye Haiti yığmasındakı karyerasını başa vurub. Stadium.Az xəbər verir ki, 31 yaşlı cinah oyunçusu bu barədə şəxsi İnstaqram hesabında məlumat verib.

O, çox fikirləşdikdən sonra bu qərara gəldiyini bildirib:

"Bu xəyalımı gerçəkləşdirdim və 55 dəfə milli komandanın formasını geyindiyim üçün qürur duyuram. Yaşadığım saysız-hesabsız anlar əbədi olaraq mənimlə qalacaq, səmimiyyətlə deyə bilərəm, karyeramın ən yaxşı matçlarını Haiti millisi üçün oynadım. Ölkəni təmsil etmək böyük imtiyazdır. Yığmanın hər matçında hər şeyimi verdim. Geriyə baxanda ömür boyu davam edəcək xatirələrim var, bunun üçün xoşbəxtəm. Azarkeşlərə də məni dəstəklədikləri üçün təşəkkür edirəm. Hər dəfə meydana çıxanda hamınızı qürurlandırmağa çalışdım".

Donald Gerye 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu 2020/2021 mövsümünün əvvəlində Ağdam təmsilçisinə qayıdıb.

2010-cu ildən Haiti millisində çıxış edən Gerye, bu müddət ərzində meydana çıxdığı 55 oyunda 17 qolla yadda qalıb. Peşəkar karyerasına "Violette"də (2009-2011) başlayan Donald, "Qarabağ"a gələnə kimi "Amerika des Kayes" (2011-2013), "Visla" (2013-2016) və "Alanyaspor"da (2016-2017) çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail