Popoviç özünü günahlandırdı

28.02.2012 | 5469 dəfə oxunub

“Dubay toplanışı çərçivəsində üç yoxlama oyunundan ən azı birində iştirak etmək istəyirdim. İlk matçda meydana çıxacağımı gözləmirdim. Bu mənim üçün çox vacib idi. Çox təəssüf ki, son dəqiqələrdə qapımızda qol gördük və qələbə qazana bilmədik. Komandanın oyuna nəzarəti itirməsi qapımızda qol görməyimizlə nəticələndi”. Stadium.az xəbər verir ki, bu sözləri milli komandamızın qapıçısı Andrey Popoviç Dubay toplanışı çərçivəsində milli komandanın çıxışı haqda danışarkən deyib.

Popoviç sabah milli komandanın Fələstinlə keçiriləcək yoxlama oyununda meydana çıxmaq istədiyini bildirib: “Fələstinlə matçda iştirak etməyi çox istərdim. Amma oynayacağım hələ bəlli deyil. Baxaq görək, baş məşqçi hansı qərarı verəcək”.

Millinin qapıçısı Sinqapurla oyundan sonra bir neçə komanda yoldaşı ilə birlikdə əlində siqaret və içki ilə çəkilmiş fotoların yayılmasına da münasibətini açıqlayıb: “Bu şəkillərin yayılmasında günahkar özüməm. Ona görə ki, həmin fotonu sosial şəbəkələrin birində öz səhifəmdə yerləşdirdim. Komanda yoldaşlarıma görə çox təəssüf hissi keçirirəm. Mən artıq bu məsələyə görə onlardan üzr istəmişəm. Ümid edirəm ki, bu məsələ artıq qapanacaq. Daha bu mövzuya toxunmaq istəmirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail