Rəşad Sadıqov: "Əsas problemimz nominal hücumçunun olmaması deyil"

24.08.2020 | 7930 dəfə oxunub

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 1-ci turunda bu gün səfərdə “Qəbələ” ilə keçirdikləri oyundan (1:1) sonra təşkil edilən mətbuat konfransında oyun haqda danışıb, jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komandanın futbolçularını təbrik edirəm. Beş ay uzun fasilədir. Bu qədər futbolsuz qaldıq. Hər iki komanda meydanın hər qarışı uğrunda mübarizə apardı. İlk tur üçün dinamik və baxımlı oyun oldu

- “Zirə” ilə 3 illik müqavilə imzalamısınız. Gözləmək olar ki, ilk ilinizdə heyəti formalaşdıracaqsınız, sonra isə hədəflər uğrunda mübarizə aparacaqsınız?

- Rəhbərliklə danışıqda məqsəd müzakirə edilməyib. Yaxşı komanda qurmaq istəyirik. Bunu da zaman göstərəcək. Elə bir şey yoxdur ki, mən nəticə düşünməyim. Yarışın içindəyiksə, nəticə də istəyirik. Ancaq düzgün futbol oynamağa çalışmalıyıq. Yaxşı futbolla nəticə arzu edirik.

- Hacıağa Hacılı U-21 millisində də qırmızı vərəqə almışdı. İntizamsız futbolçu deyil, amma bu səhvlərinə görə onunla söhbət etmisiniz?

- Elə məsələlər var ki, zaman məsələsi deyil. Elə ola bilər ki, karyerasının sonuna qədər belə davam etsin. Bu da onun döyüşkənliyindən xəbər verir. Onun mübarizliyini çox sevirəm. “Qarabağ”dan 1 illik icarəyə götümüşük. Hacını dəyişmək istəyirdim, bilirdim ki, təhlükəlidir. Ancaq belə alındı. İnanıram ki, gələcəkdə bundan dərs çıxaracaq. Hacı getdikcə düzələcək və bu tip səhvləri düzəldəcək.

- Rəşad Eyubovun meydana daxil olması qələbə üçün edilmiş dəyişiklik idi?

- Bəli, hücum potensialımızı İlkin və Rəşadı buraxmaqla gücləndirmək istədik. Tam düşündüyümüz kimi alınmadı. Ancaq futbolçular yaxşı mübarizə apardılar. “Qəbələ” də dinamik oynayırdı. Hər iki komanda yekunda 1 xala razı oldu.

- Komandanın mərkəz hücumçusuna ehtiyacı yoxdur?

- Hələ ki, mərkəz hücumçusu barədə düşünmürəm. Kreativ və topla oynamağı bacaran futbolçuları sevirəm. Bizdə Ağabala Ramazanov, David Volkov, Ruslan Qurbanov, Klesio Bauk hücumun mərkəzində oynaya bilir. Ağabala bu gün qol vurdu. Başqa epizodlarımız da oldu. Əsas problemimz nominal hücumçunun olmaması deyil. Bu mövqeydə problem olduğunu düşünmürəm.

- Rəşad Eyubov istənilən kimi oynamadı…

- Rəşad Eyubov bundan çox yaxşısını bacarır. Onun futbol bacarığını sevirəm. Rəşad “Sabah”da zədələnmişdi. Eyubov 7-8 oynamadı, bunu nəzərə alsaq, pis çıxış etdiyini düşünmürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail