"Lion"un uduzmansı "Qarabağ"a yaradı

20.08.2020 | 9118 dəfə oxunub

“Bavariya”nın dünən yarımfinalda “Lion”a qalib gələrək (3:0) Çempionlar Liqasının finalına yüksəlməsi “Qarabağ”ın xeyrinə işləyib. Amma bunun üçün ilk əvvəl Ağdam klubu ikinci təsnifat mərhələsində “Şerif”ə (Moldova) qalib gələrək növbəti raunda yüksəlməlidir.

Məsələ burasındadır ki, “Lion”dan fərqli olaraq, “Bavariya” və digər finalçı PSJ 2020/21 mövsümü üçün ÇL-in qrupunda oynamağı öz liqalarında tutduğu yer vasitəsi ilə təmin edib. Bu isə o deməkdir ki, oktyabrın 20-də başlanacaq qrup mərhələsində 2019/20 mövsümü ÇL-in qalibi üçün nəzərdə tutulan yer boşalacaq. Bu vəsiqə əvvəlcə pley-offda iştirakı gözlənilən “Ayaks”a qismət olacaq.

Buna görə də UEFA üçüncü təsnifat mərhələsinin iştirakçıları arasında bəzi yerdəyişmə etməli olacaq. Yunanıstan və Çexiya çempionları – “Olimpiakos” və “Slaviya” üçüncü mərhələdən dördüncü – pley-off mərhələsinə keçiriləcək. Bu isə “Qarabağ” üçün yaxşı xəbərdir.

Birincisi, əgər Azərbaycan çempionu 3-cü mərhələyə adlasa, o zaman belə güclü rəqiblərlə qarşılaşmayacaq. İkincisi, yunan və çexlərin 3-cü mərhələdə oynamaması Qurban Qurbanovun komandasına avqustun 31-də keçiriləcək püşkatmada “səpələnmişlər” səbətinə yaxınlaşdırır. Amma bunun üçün 2-ci mərhələdə reytinqi yüksək olan beş komandadan birinin uduzması lazımdır. Bu komandalar “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda”dır (Serbiya). Belə olan halda “Qarabağ” “səpələnmişlər” səbətində uduzan komandanı əvəz edəcək və “səpələnməmişlər” səbətindəki münasib rəqiblə düşəcək.

Amma qeyd etdiyimiz kimi, bunun üçün “Qarabağ” ilk növbədə ikinci mərhələnin Bakıda “Şerif”ə qarşı keçiriləcək oyununda (26 avqust) qalib gəlməlidir. Əgər Ağdam təmsilçisi istəyinə nail olsa, sentyabrın 15 və ya 16-da 3-cü raundda iştirak edəcək.

“Qarabağ” birinci mərhələdə Şimali Makedoniyanın “Sileks” komandasına 4:0 hesabı ilə qalib gəlib.

Əgər “Qarabağ” üçüncü mərhələdə qələbə qazanıb ÇL-də pley-off mərhələsinə vəsiqə qazanarsa, bu halda Avropa Liqasının qrupunda iştirakı birbaşa təmin etmiş olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail