FİFA futbolçuların milli komandalarda çıxış etmə qaydasını dəyişir

20.08.2020 | 8238 dəfə oxunub

FİFA futbolçuların milli komandalarda çıxış etmək hüququ qaydasında dəyişiklik etməyi planlaşdırır. Stadium.Az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni qayda ilə bəzi oyunçuların yığma komandasını dəyişmək asanlanacaq.

Hazırkı qaydaya əsasən, futbolçu milli komanda ilə ən azı 1 rəsmi görüş keçiribsə, ikinci yığmada oynaya bilməz.

FİFA ilk çıxış etdiyi yığmada 3 rəsmi matçdan çox oynamayan futbolçunun komandasını dəyişə bilməsi variantı haqda düşünür. Ancaq dünya çempionatının və konfederasiyaların final turnirlərində iştirak edənlərin vətəndaşlıqlarını dəyişməsi mümkün olmayacaq.

FİFA eyni zamanda futbolçulara oynamayacağı təqdirdə, ilk milli komandalarına qayıtmağa icazə verməyi təklif edir.

211 milli federasiya FİFA-nın Sürixdə onlayn formada keçirəcəyi iclasda qaydaları təsdiqləsə, yeni qayda gələn aydan qüvvəyə minəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail