“Sileks”in baş məşqçisi: "İzlədiyim oyunlarla müqayisədə əvvəlki “Qarabağ”ı görmədim"

19.08.2020 | 8764 dəfə oxunub

“Sileks”in baş məşqçisi Qoran Simov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a uduzduqları oyundan (0:4) sonra mətbuat konfransında oyun haqda danışıb, jurnalistlərin suallarını cavablandırıb: 

- Məncə, oyuna yaxşı başladıq. “Qarabağ” çox güclü komandadır. Cəsarətli, ağıllı oynamağa çalışdıq. 2-3 qol şansımız oldu. “Qarabağ” elə komandadır ki, rəqibin səhvindən asanlıqla istifadə edir. Məmnun olmadığım məqam hesabın böyük olmasıdır. Hakimlikdən də narazı qaldığımızı deməliyəm. “Qarabağ”ı qrup mərhələsində görmək istərdim.

- Hakimlikdən narazı qaldığınızı dediniz. Konkret nədən narazısınız?

- Narazılığım ikinci qolla bağlı idi. Epizod gözümün qarşısında oldu. Oyunçu yerdə olsa da, top əlinə dəydi. Həmçinin qapıçımız da cərimə meydanına ötürmə zamanı qaydanın pozulduğunu dedi.

- Dünən bildirdiniz ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bu gün meydanda şirləri gördünüz?

- Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bəzi anlarda rəqibə cərimə meydanına girmək imkanı vermədik. “Qarabağ” böyük klubdur, biz isə balaca komandayıq. Bu oyunu cəsarət və irəli atılmış addım kimi sayıram.

- Meydanda öncədən gözlədiyiniz “Qarabağ”ı gördünüz?

- İzlədiyim oyunlarla müqayisədə əvvəlki “Qarabağ”ı görmədim. Xüsusən də, Abdullah Zubir olduqca texnikalı futbolçudur. Ancaq bu gün həmin oyununu göstərmədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail