28 mövsümdə 37 poker

13.08.2020 | 8627 dəfə oxunub

Azərbaycan çempionatları tarixində indiyədək 37 poker qeydə alınıb. Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, bir futbolçunun oyunda 4 qol vurmasına daha çox – 7 dəfə 1992-ci ildə təsadüf olunub.

1993/94 və 1995/96 mövsümlərində 4 belə hadisə yaşanıb. Son 5 mövsümdə isə bunu bacaran olmayıb. Premyer Liqada sonuncu poker 2014/15 mövsümündə qeydə alınıb. Həmin vaxt AZAL-ın futbolçusu Freddi Mombonqo fərqlənib.

İndiyədək 32 futbolçu poker müəllifi olub. Mütləq rekord Nazim Əliyevə məxsusdur. 4 müxtəlif mövsümdə bunu gerçəkləşdirən hücumçu 3 klubun heyətində fərqlənib. O, “Neftçi”də 2, “Dinamo” və Sumqayıt “Xəzər”ində bir pokerə sevinib.

Samir Ələkbərovla Fazil Pərvərovun hesabında 2 belə oyun olar. Lakin onlar eyni mövsümdə iki poker müəllifi olmaqla rekorda imza atıb. Samir 1992-ci ildə “Neftçi”də, Fazil 1995/96 mövsümündə “Kəpəz”də belə nailiyyət müəllifi olub. Digər 29 oyunçu hərəyə bir görüşdə 4 qol vurub.

Klublara gəlincə, “Kəpəz”in 7 futbolçusu 8 pokerə imza atıb. İkinci göstərici “Neftçi”dədir. Paytaxt klubunda 3 oyunçu ümumilikdə 5 matçda 4 top vurub. “Turan”ın heyətində üç oyunçu hərəyə bir dəfə fərqlənib. Ümumilikdə, 19 komandanın üzvləri pokerə imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail