Klopp: "Özümü ələ almaq istəyirdim, amma mümkün olmurdu"

26.06.2020 | 8243 dəfə oxunub

"Liverpul"un baş məşqçisi Yurgen Klopp BBC-yə açıqlama verib. Stadium.Az xəbər verir ki, "Liverpul"un 30 illik fasilədən sonra çempionluq qazanmasını şərh edən almaniyalı mütəxəssis, bunu klubun əfsanəvi futbolçularına həsr etdiklərini bildirib:

"Bu, inanılmazdır. Bu çempionluq mənim təsəvvür etdiyimdən daha çoxdur. Kenni Dalqlişin bizə nə qədər dəstək olduğunu bilirəm. Stiven Cerrard da onun kimi 30 ildir bunu gözləyir. Bu çempionluğu onlara həsr edirik. Oyunçular onlarla fəxr edir. Bu adların hesabına futbolçuları əlavə motivasiya etməyə ehtiyac olmur".

Klopp koronavirusa görə Premyer Liqada yaranan 3 aylıq fasiləyə baxmayaraq, komandasının inanılmaz dərəcədə istəkli olduğunu və yaxşı çıxış etdiyini qeyd edib:

“Mançester Siti”nin oyunu çox gərgin idi. Özümü ələ almaq istəyirdim, amma mümkün olmurdu. Düzdür, mən bu kuboku 30 il gözləməmişəm, 4 il yarımdır buradayam. Amma bu, həqiqətən 3 aylıq fasiləni nəzərə alsaq, ciddi uğurdur. Heç kim bu ruhda davam edəcəyimizi gözləmirdi. “Kristal Pelas”la görüş (4:0) hər şeyin yaxşı olacağına işarə idi. Azarkeşlər bunu bir daha hiss etdi. Evdə olsalar da, çempionluqdan məmnundurlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail