Tahir Gözəl: "Qarabağ” bu medalı almağa layiq idi"

21.06.2020 | 6222 dəfə oxunub

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Ağdam klubunun mükafatlandırma mərasimindən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- 8-ci uğurumuzu qeyd etdik. 7 il ard-arda çempion olduq. Bu, Azərbaycanda ilkdir. “Qarabağ” Azərbaycan üçün çox böyük uğurlara imza atıb. Biz Avropanın qəlbi İsveçrədən əvvəl Çempionlar Liqasının himnini Azərbaycanda eşitdik. Bu, çox qürurverici hadisədir. Qeyri-adi vəziyyətdə yaşayırıq. 8 xallıq fərqi nəzərə alanda hesab edirik ki, “Qarabağ” bu medalı almağa layiq idi.

- COVID-19 bütün sahələrə ziyan vurub. “Qarabağ”dakı durum necədir? Büdcədə azalma gözlənilmir ki?

- Bunu hələ müzakirə etməmişik. Koronavirusun bütün dünyada iqtisadi təsirləri oldu. Bu, büdcəmizə də təsir edəcək. Amma biz “Qarabağ”ın adını və bu klubun mənəvi cəhətdən Azərbaycan üçün hansı rolu oynadığının fərqindəyik. Amma yenə Azərbaycanda çempionluğa oynayıb, xaricdə ölkəmizi layiqincə təmsil etmək istəyirik. Önümüzdəki 1 ay ərzində müzakirələrimiz olacaq. İnşallah, gələn il üçün necə “Qarabağ” formalaşdıracağımızı biləcəyik. Mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdir. Bütün şəraitlərdə Azərbaycanı layiqincə təmsil edən klub olmasını istəyirik.

- Rəşad Sadıqov karyerasını bitirir. Siz onun dəyəri barədə nə deyə bilərsiz? Bundan sonra hansı ampluada olmasını məqsədə uyğun görürsünüz?

- Rəşad Sadıqov “Qarabağ”ın bel sütunudur. O, klubumuzun ayrılmaz hissəsidir. Bu mənim şəxsi arzumdur ki, o, yenidən bizimlə olsun. Biz peşəkar klubuq, baş məşqçimizlə müzakirə etməliyik. Mən inanıram ki, Qurban Qurbanov da buna müsbət baxacaq. Onunla müzakirələr aparacağıq. Rəşadı texniki heyətdə görməyi arzulayardım. Həm təcrübəsi var, həm klubun siyasətini bilir. O, “Qarabağ” üçün çox lazımlı bir beyin, taktika ustası ola bilər. Qurban hocanın qərarı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail