"Qarabağ" medal və kubokuna qovuşdu - FOTOLAR

20.06.2020 | 6887 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün çempionu olan “Qarabağ” klubu mükafatlandırılıb.

Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki,“Azersun Arena”da keçirilən, amma pandemiya ilə əlaqədar olaraq kütləvi keçirilməyən tədbirdə “Qarabağ” klubunu vitse-prezident Tahir Gözel, direktor Emrah Çelikel, baş menecer Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və mövsümün bombardirlərindən olan Mahir Emreli təmsil ediblər. Təqdimetmə zamanı əvvəlcə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək “Qarabağ”ı növbəti çempionluq münasibəti ilə təbrik edib, Çempionlar Liqasında uğurlar arzulayıb. Çıxışın ardından Mahir Emreli mövsümün bombardiri üçün hazırlanmış xüsusi mükafata sahib çıxıb. I Divizionun bombardiri olan Musa Qurbanlı isə tədbirdə iştirak etmədiyi üçün onun mükafatı məşqçisi olmuş Rəşad Sadıqova verilib. Qeyd olunan şəxslər medallarını əldə etdikdən sonra sonda PFL prezidenti çempionluq kubokunu kapitan Rəşad Sadıqova təqdim edib. Sadıqov və Emrelinin kuboku götürdükdən sonra boş tribunalar önünə gedib, bir növ onları azarkeşlərlə bölüşürmüşlər kimi davranması kubokun qazanılmasında azarkeşlərin rolunu əks etdirən simvolik mesaj idi.

 Qeyd edək ki, komandanın digər üzvlərinin medalları Ağdam klubunun rəhbərliyinə təqdim olunub.
















































































Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail