"De Xea mənim gördüyüm, insanlar tərəfindən ən çox "şişirdilmiş" qapıçıdı"

21.06.2020 | 4732 dəfə oxunub

"Mançester Yunayted"in keçmiş kapitanı Roy Kin "Tottenhem"lə oyundakı (1:1) çıxışına görə Harri Maquayr və David de Xeanı sərt şəkildə tənqid edib.

Stadium.Az xəbər verir ki, Kin "Sky Sports"un efirində qeyd edib:

"Bu qol məni şoka saldı. İllərdi futbola baxıram. Qolun vurulmasına bu şəkildə imkan vermək olar? Baxdıqca hirslənirəm.

Bu komandanın "Mançester Yunayted" olduğuna inana bilmirəm. Luk Şou başla oynayır, daha sonra dərhal irəliyə qaçır... Maquayr? Dünya səviyyəli bir oyunçu necə belə müdafiə oluna bilər? Qapıçıya gəlincə, ondan artıq bezmişəm.

De Xeanı fasilədəcə cəzalandırardım. Sonun başla zərbəsindən sonra etdiyi seyv? Bu, MU səviyyəsində olan biri üçün normal qurtarışdı. De Xea mənim gördüyüm, insanlar tərəfindən ən çox "şişirdilmiş" qapıçıdı.

Heyrət içindəyəm. Mən olsam, oyundan sonra Maquayr və de Xeanı komandanın avtobusuna belə buraxmazdım. Qoy, taksi ilə Mançesterə getsinlər. Biz "ilk dördlük" uğrunda mübarizə aparırıq, çempionluq yox... Belə oyuna görə onlar utanmalıdırlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail