Rusiya klubundan biabırçı hərəkət VİDEO

20.06.2020 | 5316 dəfə oxunub

Koronavirus pandemiyasına görə dayandırılan Rusiya Premyer Liqası dünən bərpa olunub. Stadium.Az xəbər verir ki, 23-cü turun “Soçi” – “Rostov” oyunu böyük səs-küyə səbəb olub.

Məsələ burasındadır ki, matça bir neçə gün qalmış “Rostov”un 6 futbolçusunda koronavirus aşkarlanıb və bütün əsas komanda karantinə yerləşdirilib. Amma oyunun təxirə salınması haqda onların istəyinə “Soçi” klubu mənfi cavab verib. Məcburiyyət qarşında qalan “Rostov”, sonradan özlərinin yaydığı açıqlamaya görə, meydana aşağı yaş qruplarının 16-19 yaşlı futbolçularını buraxmaq məcburiyyətində qalıb.

“Soçi” isə əsasən uşaqlarla oynamasına əhəmiyyət vermədən rəqib qapısına 10 qol vurub. “Rostov” bu qollardan yalnız birinə cavab verib – 10:1. Maraqlıdır ki, “Rostov”un 17 yaşlı qapıçısı Denis Popov bu matçın qəhrəmanına çevrilib.  O, 10 qol buraxsa da, 15 dəfə də seyv edib və bununla matçın ən yaxşı oyunçusu seçilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail