AFFA-ya rəsmi olaraq EVS sertifikatı verildi - FOTO

23.02.2012 | 4679 dəfə oxunub

AFFA və FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Könüllülük Proqramının təbliğatı ilə yanaşı, Avropa Könüllülük Xidməti (European Voluntary Service) sahəsindəki məhsuldar əməkdaşlıq da davam etməkdədir.

Stadium.az AFFA-nın saytına istinadən xəbər verir ki, avropalı gənclərə Azərbaycanda keçiriləcək dünya çempionatında könüllü kimi iştirak üçün geniş imkanlar yaradan bu proqramın hazırlıq mərhələsində bir sıra işlər həyata keçirilir. Artıq Avropa Komissiyası tərəfindən təşkilatın EVS sertifikatı rəsmi olaraq AFFA-ya təqdim olunub.  

Bununla yanaşı, EVS proqramı çərçivəsində layihə reallaşdırmaq üçün akkreditasiya alan bütün Avropa təşkilatlarının məlumat bazasında hər bir təşkilat kimi AFFA və YTK barəsində də ətraflı məlumat yerləşdirilib.

Bu günə kimi Şərq Tərəfdaşlığı ölkələrindən akkreditasiya olunmuş 117 təşkilatdan yalnız AFFA-ya eyni vaxtda 60 gənci könüllü kimi fəaliyyətə cəlb etmək hüququ verilib. Yaranmış geniş imkanlardan yararlanaraq yerli və xarici gənclərə beynəlxalq imkanların yaradılması istiqamətində AFFA və YTK öz fəaliyyətini davam etdirməkdədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail