Bu gün dahi Banişevskinin doğum günüdür

23.02.2012 | 4775 dəfə oxunub

Bu gün Anatoli Banişevskinin 66 yaşı tamam olur. Ömrü vəfa etsəydi müstəqil Azərbaycan futbolunun inkişafına xidmət edərdi. Yeni-yeni Banişevskilər yetişdirərdi. Ancaq...., 1997-ci ildə, 51 yaşında dünyaya gözlərini əbədi yumdu. "Neftçi" rəhbərliyinin diqqəti və qayğısı ilə əhatə olunan Anatoli Banişevski ölümündən bir il əvvəl, ümummilli lider Heydər Əliyev tərəfindən, "Şöhrət ordeni" ilə təltif olunmaqla layiqli qiyməti aldı. 2 fevral 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.

Bu görkəmli futbolçunun adı Bakının "Neftçi" komandasının şanlı tarixinə qızıl hərflərlə yazılıb. Onun ömür taleyi çox ziddiyyətli olub. O, həyat yolunda çox cəfalar çəkib. Banişevski futbol zirvəsinin ən yüksək nöqtəsinə çatanda da, sadə bakılı azarkeşlər üçün o, "Banış" idi.

Uşaq yaşlarında onun futbola olan hədsiz sevgisi böyük qardaşının onu "Lokomotiv" cəmiyyətinin idman məktəbinə aparması ilə nəticələnir. Balaca Anatoli futbolun ilk sirlərini bu cəmiyyətdə öyrənməyə başlayır. O, burada öz oyunu ilə hamıdan fərqlənirdi. Banişevskinin böyük futbolla ilk tanışlığı 1962-ci ildə olur. Ölkə birinciliyinin final oyunları keçirilirdi. "Lokomotiv"in növbəti oyununudan sonra bir nəfər paltardəyişmə otağında Anatoliyə yaxınlaşaraq deyib:"Siz mənə lazımsınız. "Neftçi"də oynayacaqsınız". Bu şəxs SSRİ-nin tanınmış futbol mütəxəssisi, o vaxt "Neftçi"nin baş məşqçisi olan Boris Arkadyev idi. Bununla da Anatoli Banişevskinin "Neftçi"dəki karyerasına start verildi. Cəmi 15 yaşı olan yeniyetmə tezliklə öz adından söz etdirdi. Flaqmanın əvəzedici heyətində onun nümayiş etdirdiyi futbol əsas komandanın məşqçilərinin diqqətini cəlb etdi. SSRİ-nin yeniyetmələrindən ibarət komandasına cəlb olunan Banişevski, debüt oyununda Braziliya ilə görüşdə meydana çıxdı. Bu hadisədən sonra Banişevski daim yığmanın tərkibinə cəlb edilirdi. Uzun illər doğma "Neftçi" komandamızın əsl lideri olan "Banış" 1974-cü ildə flaqmanın sıralarını tərk etdi. Anatoli futboldan uzaqlaşa bilməyərək, məşqçiliyə başladı. Bir il Sumqayıtda çalışdıqdan sonra o, 1975-ci ildə "Neftçi"yə məşqçi kimi döndü. Həmin dövrdə flaqmanın baş məşqçisi olan Valentin Xlıstov Banişevskidən yenidən yaşıl meydana dönməsini istədi. 1975-ci ilin 2-ci dövrəsindən etibarən Anatoli yenidən ən çox sevdiyi "Neftçi"də çıxış etməyə başladı.  1978-ci ildə o, karyerasını birdəfəlik bitirdi. Bir müddət məşqçi kimi çalışan Anatoli 1987-ci ildə Afrika qitəsinə Burkina-Fasoya yollandı. O, burada ölkənin gənclərdən ibarət komandasının baş məşqçisi oldu. Lakin ölkədəki hərbi çevriliş sonradan Banişevsikinin həyatında dərin iz buraxdı. Burkina-Fasoda hadisələrin mərkəzinə düşən bakılı, bərk həyəcan keçirdiyindən şəkər xəstəliyinə tutulur. Bundan sonra yataq xəstəsinə çevrilən dahi "Banış" böyük futboldan ayrı düşür. Getdikcə xəstəliyi şiddətlənən Banişevski 1997-ci il dekabrın 10-da əbədi olaraq gözlərini yumaraq Fəxri Xiyabanda dəfn olunur. Banişevski müsahibələrinin birində demişdir:"Əgər mən yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi"ni seçərdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail